Yanvarın
11-də Bakı İdman Sarayında start götürmüş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan
çempionatı davam edir. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatların,
şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər qüvvələrini
sınayırlar.”Neftçi
İdman Klubu”nun pəhləvanları da çempionatda mübarizə aparırlar. Gərgin idman
mübarizəsi şəraitində keçən yarışda klubun sərbəst güləşçilərindən 57 kq çəki dərəcəsində
çıxış edən Mahir Əmiraslanov bütün görüşləri qələbə ilə başa vuraraq
çempionatın qalibi adını qazanıb. Digər sərbəst güləşçimiz Hacı Əliyev (61 kq)
də eyni uğura imza atıb.