Azərbaycanın
müstəqillik qazanmasından elə böyük vaxt ötməsə də, tarixi baxımdan bu qısa
müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə
kimi təsdiq edə bilmişik. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan
dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf
səviyyəsinə çatıb. Son vaxtlar ölkəmizdə idmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində görülən işlər hər bir azərbaycanlı kimi bizləri də
sevindirir. Paytaxt və bölgələrdə beynəlxalq standartlara cavab verən müasir
olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar
hazırlamaq imkanına malikdirlər. Azərbaycan Respublikasının dövlət başçısı,
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının rəhbərliyi
altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində
ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son
illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və
idmançılarımızın ən mötəbər turnirlərdə əldə etdiyi böyük uğurlar, eləcə də
birinci Avropa Oyunlarının respublikamızda təşkil olunması söylədiklərimizin əyani
sübutudur. Artıq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların
keçirilməsini Azərbaycana həvalə edirlər.”Neftçi İdman Klubu”
İctimai Birliyi daim dövlətimizin bu istiqamətdə apardığı siyasətə öz əməli ilə
dəstək verməyə çalışan öncül təşkilatlardandır. Belə ki, klub mütəmadi olaraq,
neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə
yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi
işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.Geriyə boylansaq,
2016-cı ilin klubumuz üçün uğurlu olduğunu söyləyə bilərik. Bu müddət ərzində
klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 152 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 700-ə
yaxın neftçi idmanla məşğul olmuşdur.«Neftçi İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi,SOCAR-ın strukturuna
daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan
işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən
tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ötən müddət ərzində voleybol, mini-futbol (Novruz bayramı, 28 May – Respublika Günü və 31
dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), şahmat,«Səmti müəyyən etmə» və «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə
həsr olunmuş idman-turizm
yarışı) üzrə
kütləvi bədən tərbiyəsi və idman
tədbirləri, eləcə də
spartakiada təşkil olunub keçirilmişdir ki, bu yarışlarda da 1900-dən çox neftçi iştirak etmişdir.İdmanın kütləviləşməsi,
sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil
olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı
isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər
günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2016-cı ildə klubumuz tərəfindən
neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadası keçirilmişdir. Yarışda
29 müəssisədən olan komandaların tərkibində 1241 iştirakçı mübarizə aparmışdır
ki, onlardan da 235-i qadınlar idi. Spartakiadada 14 idman növü (atletika,
mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd,
stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə yarışlar
təşkil olunmuşdur.Klubun digər fəaliyyət
istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London və Rio de
Janeyro olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Bununla bərabər,
klubun yetirmələri müxtəlif
səviyyəli beynəlxalq yarışlarda
mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə
ucaltmaqda davam edirlər. Təkcə 2016-cı il ərzində idmançılarımız 1150 medal qazanmışlar ki, onlardan da 422-si qızıl, 329-u gümüş,399-u isə bürüncdür.Avqustun 5-dən 21-dək
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında dünyanın 206 ölkəsini təmsil edən 11000-dən çox idmançı 28 idman növü üzrə 306 medal dəsti uğrunda mübarizə apardılar.Azərbaycan Olimpiya
komandası bu mötəbər yarışda idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunurdu ki, onlardan da 14-ü “Neftçi İdman Klubu”nun yetirmələri idi. Azərbaycan yığma komandasının heyətində klubumuzun cüdoçuları Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehtiyev (90 kq),
yunan-Roma güləşçiləri Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), yüngül atlet Nazim Babayev, boksçu Pərviz Bağırov, qılıncoynadan Sabina Mikina və güllə atıcısı Ruslan Lunyov yer almışdı. Bu idmançılardan beşi böyük əzmkarlıq nümayiş etdirərək Yay Olimpiya Oyunlarının medalını
qazandılar. Cüdoçular Rüstəm Orucov və Elmar Qasımov Rio Olimpiadasında gümüş medala sahib oldular. Güləşçilərimizdən Toğrul Əsgərov (sərbəst güləş) gümüş, Hacı Əliyev (sərbəst güləş) və Rəsul Çunayev (yunan-Roma güləşi) isə bürünc medala yiyələndilər.Paralimpiyaçılarımız da
böyük əzmkarlıq nümayiş etdirərək bu uğurun davamını gətirməyə müvəffəq
oldular. Belə ki, Rioda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında klubun
cüdoçularından Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş, Rövşən
Səfərov (81 kq) isə bürünc medala layiq görüldülər. Bundan əlavə, atletika
yarışlarında Kamil Əliyev (gümüş), üzgüçülük idman növündə isə Dmitri Saley (2
gümüş) və Roman Saley (gümüş) Rio Paralimpiadasının mükafatçıları arasında yer
aldılar.2016-cı ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, yüksək liqada çıxış edən kişilərdən
ibarət voleybol və çimərlik voleybolu komandalarımız, eləcə də qadınlardan
ibarət basketbol komandamız ölkə çempionu olmuşdur. Futzal komandamız sonuncu Azərbaycan çempionatında 3-cü yerə çıxmışdır. Bundan əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası mövsümü 2-ci yerdə başa vurmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub
komanda birinciliyində klubumuz bütün yaş qruplarında təmsil olunmuşdu. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirirlər. Böyük əzmlə mübarizə aparan
2006-cı il təvəllüdlülərdən ibarət komandamız AFFA-nın təşkil etdiyi U-10
Liqasının qalibi adını qazanmışdır.Sadalanan bu uğurlar il
ərzində klubun qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Əldə etdiyi yüksək
nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən
yaxşı idman təşkilatı” adına layiq görülmüşdür. Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun ölkədə lider idman cəmiyyəti olmasının açıq təzahürüdür.Ancaq biz qazanılan bu
uğurlarla kifayətlənmirik. Əksinə, daha yüksək nailiyyətlər əldə etmək üçün inamla,
əzmlə çalışaraq irəliyə doğru addımlamaqda qərarlıyıq.Hazırda əsas hədəfimiz
bu il Azərbaycanda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına daha yaxşı
hazırlaşmaq və yarışda ölkəmizi layiqincə təmsil etməkdir. Məqsədimizə çatmaq
üçün var gücümüzlə çalışır və bu istiqamətdə bütün qüvvələrimizi səfərbər
etmişik.Təbii ki, bu uğurların
əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza
mütəmadi olaraq göstərdiyi diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun
yaxından köməkliyi sayəsində idmançılarımız üçün hər cür şərait yaradılmışdır
və təbii ki, uğura aparan yolun əsas sirlərini də elə burada axtarmaq lazımdır.