Respublika
Olimpiya Mərkəzində atletika üzrə paytaxt çempionatına yekun vurulub. Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 8 klubdan 108
atlet qalib adı uğrunda mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu”nun təmsilçilərindən Zəkiyyə Həsənova 200 metr, Lidiya Salixova isə
400 metr məsafəyə qaçış yarışlarında çempion adını qazanıblar. Klubun digər
atleti Aleksandra Biryukova hündürlüyə tullanmada eyni uğuru təkrarlayıb. Kişilər
arasında isə Azər Əhmədov hündürlüyə tullanma yarışlarında fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb.