Amerika
Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı start
götürtüb. Yarışların ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. 75
kq çəki dərəcəsində yarışan, “Neftçi İdman Klubu”nun üzvü Elvin Mürsəliyev ilk
görüşünü meksikalı Xuan Anqel Eskobara qarşı keçirib. Güləşçimiz rəqibinə 3:2
hesabı ilə qalib gəlib. Növbəti mərhələlərdə Sloveniya, Rumıniya və Qırğızıstan
güləşçilərini məğlub edən Mürsəliyev yarımfinala çıxıb. Bununla da “Neftçi
İdman Klubu”nun nümayəndəsi gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində
keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.Güləşçimiz
yarımfinalda rusiyalı Roman Vlasova, brünc medal uğrunda görüşdə isə Qazaxıstan
idmançısı Dostcan Kartikova uduzub.”Neftçi
İdman Klubu”nun digər üzvü, dünya və Avropa çempionu Həsən Əliyev ilk görüşünü
Avropa Oyunlarının qalibi, Rusiya pəhləvanı Artyom Surkova qarşı keçirib. Təəssüf
ki, güləşçimiz güclü rəqibinə uduzaraq dünya çempionatında mübarizəni
dayandırıb.Güləş
üzrə dünya çempionatının ikinci yarış günündə Azərbaycanı daha 4 idmançı təmsil
edəcək.Qeyd
edək ki, mundialda ilk 5 yeri tutan güləşçilər Rio-2016 Olimpiyadasına
lisenziya qazanacaqlar.