Dünya
Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını
açıqlayıb.”Neftçi
İdman Klubu”nun yunan-Roma güləşçilərindən beşi ilk onluğa daxil olub. Təbii
ki, bu göstərici klubumuz üçün böyük uğur sayılmalıdır. Təmsilçilərimizdən Rio
Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev (66 kq) və dünya
çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) reytinq cədvəlində
3-cü pillədə yer alıblar. Klubun ilk onluğa daxil olandigər güləşçilərindən Rövşən Bayramov (59 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) və
İslam Abbasov (85 kq) isə 8-ci sırada qərarlaşıblar.