“Neftçi
İdman Klubu”nun şahmatçısı Eltac Səfərli İsveçrənin Bazel şəhərində keçirilən
beynəlxalq turnirin qalibi adını qazanıb. 107 zəka sahibinin mübarizə apardığı Beynəlxalq Şahmat Festivalında təmsilçimiz 9
turun nəticələrinə görə 7 xal toplayaraq liderliyə yüksəlib. Eltac Səfərli
çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da, əlavə göstəricilərə
görə qalib elan olunub.