Kişi
voleybolçular arasında Azərbaycan çempionatının II dövrəsinə yekun vurulub.”Neftçi
İdman Klubu”nun komandası bu dövrədə də uğurlu çıxışını davam etdirib. Belə ki,
voleybolçularımız “Naxçıvan”, “Sumqayıt” və “Nəqliyyatçı” komandalarının hər
birini 3:0, MOİK-i isə 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yalnız sonuncu – X
turda “Lokomotiv”ə 2:3 hesabı ilə məğlub olan komandamız II dövrədə də
liderliyini qoruyub. Mövsüm ərzində 10 oyundan 9-da qələbə qazanan, yalnız 1
qarşılaşmadan məğlub ayrılan komandamız hazırda 28 xalla
turnir cədvəlinə başçılıq edir.Qeyd
edək ki, dairəvi sistemlə keçirilən yarışda növbəti dövrənin fevral ayında təşkil
olunması nəzərdə tutulub. Yekunda ilk “dördlük” mart ayında keçiriləcək
yarımfinala vəsiqə qazanacaq. Final qarşılaşması isə apreldə gerçəkləşəcək.