Bakı
İdman Sarayında kişilər və qadınlar arasında keçirilən cüdo üzrə respublika
çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə
gerçəkləşən və iki gün davam edən yarışda 48 komandanın tərkibində 366 idmançı
(315 kişi, 51 qadın) qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışda
uğurla çıxış edərək 19 medala (5 qızıl, 7 gümüş, 7 bürünc) sahib olublar.
Cüdoçularımızdan 66 kq çəki dərəcəsində mübarizə aparan Emin Həsənov və Əbdülhəqq
Rəsullu (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu
adını qazanıblar. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda isə
xanım idmançılarımızdan Nəzakət Əzizova (52 kq), Gülsədəf Kərimova (63 kq) və
Kristina Jukovets (70 kq) eyni uğuru təkrarlayıblar.Qeyd
edək ki, Azərbaycan çempionatında inamla çıxış edən “Neftçi İdman Klubu”nun
cüdoçuları komanda hesabında 1-ci yeri tutublar.Qaliblərə
medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.