Rusiyanın
Nijnevartovsk şəhərində Sibir neftini kəşf edən, Sosialist Əməyi Qəhrəmanı Fərman
Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələri arasında boks üzrə dünya
kuboku yarışlarına yekun vurulub.14
ölkədən 130 idmançının qatıldığı turnirdə “Neftçi İdman Klubu”nun dəri əlcək
ustası, 69 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov böyük uğura imza
atıb. Boksçumuz nümayiş etdirdiyi əzmkarlıq sayəsində bütün döyüşləri qələbə ilə
başa vurub və dünya kubokuna sahib olub.Qeyd
edək ki, qızıl medala layiq görülən boksçular, həmçinin beynəlxalq dərəcəli
idman ustası adını da qazanıblar.