Kiprin
Limassol şəhərində kiçikyaşlı yeniyetmələr arasında sambo üzrə dünya
birinciliyi keçirilib. Yarışda 21 ölkənin idmançıları qalib adı uğrunda mübarizəyə
qoşulublar.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış samboçusu Hacalı
Qasımov böyük uğura imza atıb. 42 kiloqram çəki dərəcəsində çıxış edən Səhliman
Ağayevin yetirməsi finaladək inamla irəliləyib. Həlledici görüşdə idmançımız
Ermənistan təmsilçisinə qalib gəlib və dünya çempionu adını qazanıb.