Macarıstanın
paytaxtı Budapeştdə güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya
çempionatı keçirilib.”Neftçi
İdman Klubu”nun yunan-Roma güləşçisi Həsən Əliyev (71 kq) yarışda ölkəmizi
layiqincə təmsil edib və dünya çempionatının bürünc medalına yiyələnib. Pəhləvanımız
ardıcıl olaraq Xorvatiya, Gürcüstan və Belarus idmançıları üzərində inamlı qələbə
qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Moldova güləşçisi ilə gərgin keçən
görüşdə 3:3 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqib qazanıb. Həsən
Əliyev isə bürünc medal uğrunda mübarizə aparmalı olub. Bu görüşdə Rusiya təmsilçisiniməğlubiyyətə uğradan idmançımız dünya çempionatını üçüncü
yerdə tamamlayıb.