Dekabrın
9-da Bakı İdman Sarayında start götürmüş yeniyetmələr arasında cüdo üzrə
respublika birinciliyinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı
ilə keçirilən yarışda 69 komandanın tərkibində 500-dən çox cüdoçu mübarizə
aparıb.”Neftçi
İdman Klubu”nun yetirmələri də yarışda təmsil olunublar. Yeniyetmə
cüdoçularımız ölkə birinciliyinin 15 medalına (3 qızıl, 7 gümüş, 5 bürünc)
sahib olublar. Oğlanlar arasında 66 kq çəkidə çıxış edən Qnyaz Mahmudlu bütün rəqiblərini
məyus edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elxan Əkbərov (50 kq),
Davud Abbaslı (60 kq), Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (+90 kq)
gümüş, Nəriman Mirzəyevlə (55 kq) İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala layiq
görülüblər. Xanım cüdoçularımızdan Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova
(63 kq) ölkə çempionu adını qazanıblar. Yalnız finalda məğlub olan Ülviyyə
Bayramova (48 kq), Əsmər İskəndərzadə (52 kq) və Cəmalə Muqumova gümüş medala yiyələniblər. Klubun digər cüdoçuları Nigar Əzimova (48
kq), Məleykə Məmmədova (52 kq) və Fidan Vəliyeva (57 kq) isə yarışı üçüncü yerdə
başa vurublar.Qeyd
edək ki, birinciliyin ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli
komandanın heyətinə cəlb ediləcəklər.