Hövsan
Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə açıq Bakı çempionatı sona
yetib. Yarışda 9 çəki dərəcəsi üzrə 110 idmançı qüvvəsini sınayıb.Klubumuzun
öz fəallıqları ilə seçilən samboçuları 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc
olmaqla ümumilikdə paytaxt çempionatının 17 medalını qazanıblar. Təmsilçilərimizdən
52 kq çəki dərəcəsində mübarizə aparan Vaqif Mirzəli, Tural Allahverdiyev (62
kq), Söhrab Bağırov (74 kq), Xalid Niftəliyev (90 kq) və EtibarTeymurov (+100 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq
çempionluq sevinci yaşayıblar.