I
Divizionda XIII turun oyunları
keçirilir. Bu tur çərçivəsində “Qaradağ Lökbatan” komandası lider “Turan
Tovuz”la üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasının stadionunda təşkil olunan qarşılaşma gərgin idman mübarizəsi şəraitində
keçib. Futbolçularımız güclü rəqibə qarşı böyük əzm nümayiş etdiriblər. Matçın
15-ci dəqiqəsində Elgiz Kərimlinin vurduğu qolla komandamız önə keçib. Cəmi
dörd dəqiqə sonra “Turan Tovuz” hesaba tarazlıq gətirib. Bu dəfə Orxan Lalayev adını
tabloya yazdırıb. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar. İkinci
hissədə “Qaradağ Lökbatan” hücumlarını davam etdirib və yalnız 63-cü dəqiqədə
öz istəyinə çatıb. Rəqibin qapısına təyin edilən onbirmetrlik cərimə zərbəsini
Rüfət Məmmədov dəqiq yerinə yetirib – 2:1. Matçın sonuna qədər qarşılıqlı
hücumlar davam etsə də, qapılara əlavə top vurulmayıb. Bununla da komandamız
mövsümboyu məğlubiyyət üzü görməyən və turnir cədvəlinə başçılıq edən “Turan
Tovuz” üzərində 2:1 hesablı qələbə qazanaraq, birinci dövrənin son oyununda üç
xala sahib olub.