“Neftçi
İdman Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında voleybol turniri
keçirdi. Klubun nəzdində fəaliyyət göstərən İdman Zalı Kompleksində təşkil
olunmuş yarışda 7 komanda 2 qrupda mübarizə aparırdı. Noyabrın 21-dən 25-dək
davam edən turnirdə “A” qrupunda “Bos Şelf”, “Qaz İxrac” İdarəsi, “28 May”
NQÇİ, “Neftqaztikinti” Tresti, “B” qrupunda isə İnformasiya Texnologiyaları və
Rabitə İdarəsi, “Abşeronneft” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları iştirak
edirdilər.Turnirin
keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin
sağlamlıqlarının qorunması, onların fiziki hazırlıq və kütləvi idman vərdişlərinin
davam etdirilməsi, neftçilər arasında bədən tərbiyəsinin kütləviliyinin
inkişafı və sahə həmkarlar ittifaqlarının respublika spartakiadasına yığma
komandanın komplektləşdirilməsi idi.Yarışın
həlledici final qarşılaşmasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsini
2:0 hesabı ilə məğlub edən “Bos Şelf” komandası turnirin qalibi adını qazandı.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü
yerə çıxdı.Turnirdə
1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən
diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.