Türkiyədə
keçirilən karate üzrə “Mərmərə kuboku” beynəlxalq turnirinə yekun vurulub.20 ölkədən 1400 karateçinin qatıldığı yarışda ölkəmizi “Neftçi İdman
Klubu”nun yetirmələri təmsil ediblər. Üç gün davam edən turnirdə klubumuzun beş
karateçisi qalib adı uğrunda yarışıb. İdmançılarımızdan ikisi mükafatçılar
arasında yer almağa müvəffəq olub. Onlardan 50 kq çəki dərəcəsində mübarizə
aparan Səmral Fərəcov kumite yarışlarında bütün rəqiblərini məğlub edib və “Mərmərə
kuboku”nun qalibi adını qazanıb. Eyni növdə çıxış edən Səid Əliyev (40 kq) isə
turnirin bürünc medalına layiq görülüb.