Kanadanın
Burnabi şəhərində keçirilən gənc taekvondoçuların dünya birinciliyinə yekun
vurulub. 102 ölkədən 846 idmançının mübarizə apardığı yarışda Azərbaycan 14
taekvondoçu ilə təmsil olunub.”Neftçi
İdman Klubu”nun yığmanın heyətində yer almış atletlərindən Ələsgər Əliyev (68
kq) dünya birinciliyinin bürünc medalına yiyələnib. Gündüz Abdullayevin yetirməsi
rəqibləri Qabriel Nascimento da Silva (8:6),
Qriqoriospanagiotis Kasidiaris (3:1) və Vesley Maranı (12:0) məğlub edərək
yarımfinala yüksəlib. Bu mərhələdə taekvondoçumuz Konstantin Kosteneviçlə
bacara bilməyib və yarışı üçüncü yerdə tamamlayıb.