İtaliyanın
Eboli şəhərində təşkil olunan pankration üzrə dünya çempionatı sona çatıb. Azərbaycan
idmançıları 43 ölkənin təmsilçilərinin qatıldığı mötəbər yarışda 3-ü qızıl və 2-si
gümüş olmaqla ümumilikdə 5 medala sahib olublar.Dünya
çempionatının finalına yüksəlmiş beş pankrationçunun hamısı “Neftçi İdman
Klubu”nun yetirmələridir. İdmançılarımızdan Pərviz Qasımov (53 kq), Ömər
Mutayev (78 kq) və Amil Məhərrəmli (85 kq) bütün döyüşləri qalibiyyətlə başa
vuraraq dünya çempionu adını qazanıblar. 93 kq çəki dərəcəsində
mübarizə aparan Seymur Quliyev isə dünya ikincisi olub. Zərif cinsin nümayəndələri
arasında təşkil olunan yarışmada isə klubun təmsilçisi Xəyalə Əsgərova (57 kq)
yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayıb və mundialın
gümüş medalına layiq görülüb.