“Sərhədçi”
İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Bakı
birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda 500-ə yaxın idmançı
qalib adı uğrunda mübarizəyə qoşulub.Yarışa
37 idmançı ilə qatılan “Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyində
böyük əzmkarlıq nümayiş etdiriblər və 4-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla ümumilikdə
9 medala yiyələniblər.Oğlanlar
arasında Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (+90 kq) rəqib tanımayaraq
fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final görüşündə məğlub
olan İbrahim Ağakişiyev (81 kq) gümüş, Şükran Zamanlı (46 kq), Murad İbrahimov
(50 kq) və Davud Abbaslı (60 kq) isə bürünc medala layiq görülüblər.Qızların
mübarizəsində 52 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Bayramova və Cəmalə
Muqumova (70 kq) bütün görüşlərdən qalib ayrılıblar və yarışın qalibi adını
qazanıblar. Əsmər İsgəndərova (52 kq) isə
paytaxt birinciliyini3-cü yerdə başa vurub.Qeyd
edək ki, yeniyetmə cüdoçularımız ümumkomanda hesabında birinci yeri tutublar.