Beynəlxalq
Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Siyahını
“Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu hesab etmək olar. Belə ki, Rio
Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz
çəkilərində liderliklərini davam etdirirlər. Son Avropa çempionatının gümüş
medalçısı Orxan Səfərov (60 kq) 2-ci pillədə qərarlaşıb. Əbu-Dabidə keçirilən
“Böyük dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) bir qədər
irəliləyərək 7-ci sıraya yüksəlib. Nicat Şıxəlizadə (66 kq) də öz çəkisində
eyni pillədə qərar tutub. İlqar Müşkiyev (60 kq) mövqeyini xeyli yaxşılaşdıraraq
13-cü pilləyə qalxıb. Digər cüdoçumız Məmmədəli Mehdiyev (90 kq) isə 20-ci
sıradadır.