Oktyabrın
28-də Hövsan Olimpiya İdman Kompleksində start götürmüş MMA üzrə Bakı şəhər
açıq kubokuna yekun vurulub. Turnirdə 20 komandanın tərkibində 200-ə yaxın
idmançı yarışıb.”Neftçi
İdman Klubu”nun yetirmələri də paytaxt yarışının kuboku uğrunda mübarizəyə
qoşulublar. Təmsilçilərimiz 4-ü qızıl, 3-ü gümüş və 8-i bürünc olmaqla 15
medala sahib çıxıblar. Onlardan Teymur Məmmədov (42 kq), Məhəmmədəli Hüseynov
(66 kq), Yolqulu Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) bütün döyüşləri
qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.