Sloveniyanın
Maribor şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə Avropa
çempionatı davam edir.”Neftçi
İdman Klubu”nun milli komandanın heyətində yer almış kikboksçularından Çingiz
Əhmədzadə (51 kq) lou-kontakt, Anar Məmmədov (51 kq) isə K-1 kontakt
versiyasında uğurla çıxış edərək finala vəsiqə qazanıb. Final görüşləri
oktyabrın 29-da baş tutacaq.Qeyd
edək ki, kikboksçularımız üç aydan çoxdur ki, klubumuzun bu idman növü üzrə baş
məşqçisi, əməkdar məşqçi Ehram Məcidovun rəhbərliyi altında təlim-məşq toplantısı keçiblər.