Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında
keçirilən sambo üzrə açıq Bakı birinciliyi sona çatıb. Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 110
idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun gənc samboçuları böyük əzmkarlıq
nümayiş etdiriblər və ümumilikdə paytaxt birinciliyinin 17 medalına (5 qızıl, 5
gümüş, 7 bürünc) sahib çıxıblar. Təmsilçilərimizdən Sabir Ağayev (48 kq), Rəşad
Dünyamalıyev (57 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq) və Zöhrab
Qurbanov (82 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.