Bakı
şəhər 111 saylı orta məktəbdə şaolin-sanda idman növü üzrə paytaxt birinciliyi
keçirilib. 2002-2007-ci illər təvəllüdlü atletlər arasında təşkil olunan
yarışda 20 komandanın tərkibində 120-yə yaxın idmançı qüvvəsini sınayıb.Klubumuzun
yetirmələri paytaxt birinciliyinin 15 medalına (8 qızıl, 4 gümüş, 3 bürünc)
sahib olublar və komanda hesabında liderliyə yüksəliblər. İdmançılarımızdan Məhəmməd
Həşimov (28 kq), Nihad Quliyev (30 kq), Xəzər Xanmirzəyev (32 kq), Ziya Məmmədov
(34 kq), Rahib İbrahimov (38 kq), İsmayıl Zeynalov (52 kq), Rəşad Qəhrəmanov
(56 kq) və Amil Şiriyev (63 kq) bütün rəqiblərini məğlub edərək çempion adınıqazanıblar.