Oktyabrın
12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürmüş 23 yaşadək gənclər
arasında cüdo üzrə respublika birinciliyinə yekun vurulub. 49 komandanın tərkibində
270 cüdoçunun (231 oğlan, 39 qız) mübarizəyə qoşulduğu yarışda “Neftçi İdman
Klubu” 47 idmançı ilə təmsil olunub.Klubumuzun
cüdoçularından 66 kq çəki dərəcəsində çıxış edən Murad Heydərli və Aslan Mirzəyev
(90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar.
Yalnız finalda məğlub olan Famil Məmmədzadə (66 kq), Samir Ağayev (81 kq) və Azər
Yaqubov (90 kq) gümüş medala layiq görülüblər. Fərid Qardaşxanov, Ağabəy Ağazadə
(hər ikisi 60 kq), Qnyaz Mahmudlu (66 kq), Murad Fətiyev (73 kq) və Hüseyn Rəhimli
(81 kq) isə yarışı 3-cü yerdə başa vurublar.Klubumuzu
yarışdatəmsil edən xanım idmançılardan Nəzakət Əzizova
(52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ülviyyə Bayramova (48 kq), Məleykə
Məmmədova (52 kq), Nigar Cəfərova (+78 kq) gümüş, Şəhla Babayeva (48 kq), Fatimə
Hüseynova (52 kq), İlahə Əhlimanova (57 kq) və Fidan Hüseynova (63 kq) isə
bürünc medala sahib olublar.