Bolqarıstanın
Burqas şəhərində SKDUN karate do üzrə dünya çempionatı keçirilib. 55 ölkədən
1000-dən çox idmançının mübarizə apardığı yarışa ölkəmiz 10 karateçi ilə
qatılıb.Çempionatda
respublikamızı təmsil edən atletlərdən beşi “Neftçi İdman Klubu”nun yetirmələri olub. Onlardan Sədi Namazov (21-39 yaş, 85 kq) kata
yarışlarında dünya çempionu adını qazanıb, kumitedə isə 3-cü pillədə qərar
tutub. Eyni yaş qrupunda Cavid Namazov (87 kq) və Həsən Quliyev (+87 kq) kumite
yarışlarında bürünc medala layiq görülüblər. Klubun digər karateçisi Əziz
Abbasov (16-17 yaş, 60 kq) isə kumite yarışında dünya çempionatının qızıl
medalına yiyələnib.Qeyd
edək ki, Sədi Namazov, Cavid Namazov və Həsən Quliyevin də təmsil olunduğu komanda
yarışlarında yığmamız əzmlə mübarizə apararaq liderliyə yüksəlib.