Bu
gün futbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib. Turnirin 1/16
final mərhələsinin oyunları çərçivəsində “Qaradağ Lökbatan” Şəmkirdə eyniadlı
komandanın qonağı olub. Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən
qarşılaşmada matçın ilk yarısı 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunun
43-cü dəqiqəsində Rüfət Məmmədovun vurduğu qolla komandamız önə çıxıb. Birinci
hissənin sonuncu dəqiqəsində rəqib hesabı bərabərləşdirib. Qarşılaşmanın
taleyinə oyunun əsas vaxtına əlavə olunmuş artırma dəqiqələrində aydınlıq gəlib.
Bəxtiyar Soltanov “Qaradağ Lökbatan”ın qələbə qoluna imza atıb (90+1) və
komandasını səkkizdəbir finala daşıyıb.Qeyd
edək ki, “Şəmkir” komandasını məğlub edən “Qaradağ Lökbatan”ın səkkizdəbir
finaldakı rəqibi “İnter” klubu olacaq.