“Neftçi
İdman Klubu”nun təmsilçiləri ilin doqquz ayı ərzində göstərdikləri əzmkarlıq
sayəsində böyük uğurlara imza atıblar. İdmançılarımız bu müddət ərzində ölkədaxili
və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq 341-i qızıl, 258-i
gümüş və 313-ü bürünc olmaqla, ümumilikdə 912 medala sahib olublar. Klubun təmsilçiləri
Rio de Janeyro Yay Olimpiya Oyunlarında 5 (3 gümüş, 2 bürünc), Rio
Paralimpiadasında isə 8 (1 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar.
İdmançılarımız dünya yarışlarında 18 (7 qızıl, 6 gümüş, 5 bürünc), Avropa
yarışlarında 88 (34 qızıl, 13 gümüş, 41 bürünc), beynəlxalq turnirlərdə isə 193
medala (70 qızıl, 63 gümüş, 60 bürünc) yiyələniblər. Respublika yarışlarında
288 medal (113 qızıl, 73 gümüş, 102 bürünc) əldə edən atletlərimiz, paytaxt
yarışlarında 192 (62 qızıl, 62 gümüş, 68 bürünc), digər yarışlarda isə 120
medala (54 qızıl, 32 gümüş, 34 bürünc) sahib olublar.