Polşanın
paytaxtı Varşavada paralimpiyaçılar arasında taekvondo üzrə Avropa çempionatı
keçirilib. 32 ölkədən 120-dən çox idmançının qalib adı uğrunda mübarizəyə
qoşulduğu yarışda milli komandamız 11 taekvondoçu ilə təmsil olunub.Azərbaycan
yığma komandası qitə birinciliyini yüksək nailiyyətlə başa vurub.
Paralimpiyaçılarımız yarışın 9 medalını (2 qızıl, 3 gümüş, 4 bürünc) qazanıblar
ki, onlardan da 7-nə “Neftçi İdman Klubu”nun taekvondoçuları sahib olublar.
Klubun yetirmələrindən Nicat Müslümov (75 kq) və Aleksandr Polişuk (+75 kq)
bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu olublar. Yalnız finalda
məğlub olan Şəhmir İbadov (61 kq) və Röyalə Fətəliyeva (58 kq) gümüş, Anar
Hüseynov (61 kq), Əbülfəz Abuzərli (75 kq) və Aynur Məmmədova (+58 kq) isə
bürünc medala sahib çıxıblar.Qeyd
edək ki, çempion olmuş idmançımız Nicat Müslümov yarışın “ən dəyərli kişi
taekvondoçusu” kimi xüsusi mükafata layiq görülüb.