Braziliyanın
Rio de Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri bu mötəbər yarışın daha iki medalına sahib
olublar. Üzgüçümüz Dmitri Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə
yarışlarının finalında 24,29 saniyə nəticə göstərərək gümüş medal qazanıb.Xatırladaq
ki, Dmitri Saleyin qoşulduğu təsnifat mərhələsində 19 üzgüçü 3 qrupda mübarizə
aparıb. İlk qrupda çıxış edən idmançımız 24,40 saniyə nəticə ilə birinci olub.Üzgüçümüz
bundan əvvəl Rio Paralimpiadasında 100 metrə brass üsulu ilə üzmə yarışlarında
da gümüş medala yiyələnmişdi.Klubun
digər idmançısı İradə Əliyeva da eyni uğuru təkrarlayıb. Atletimiz nizə atma
idman növündə 42.58 metr nəticə göstərərk 2-ci yerə çıxıb.Qeyd
edək ki, Azərbaycan paralimpiya komandası 170-dək ölkədən 4000-dən çox
idmançının qatıldığı bu mötəbər yarışda 1-i qızıl, 8-i
gümüş və 2-si bürünc olmaqla ümumilikdə 11 medal qazanıb ki, onlardan da 8-i
“Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur.