Braziliyanın
Rio de Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.”Neftçi
İdman Klubu”nun daha bir təmsilçisi bu mötəbər yarışın medalına yiyələnib.
Üzgüçümüz Dmitri Saley üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizə növbəti gümüş
medalı qazandırıb. O, 200 metr məsafəyə kompleks üzmə yarışının finalında
1:08.80 saniyə nəticə göstərərək ikinci yeri tutub.Xatırladaq
ki, paralimpiyaçımızın qoşulduğu təsnifat mərhələsində finaladək on bir üzgüçü
iki qrupda mübarizə aparıb. İkinci qrupda yarışan Dmitri Saley məsafəni 1:08.68
saniyəyə qət edərək birinci olub. Bununla da final mərhələsinə vəsiqə qazanan
üzgüçümüz yarımfinalda ikinci ən yaxşı nəticəni göstərib. Bundan əvvəl o, 200
metrə kompleks üzmə yarışında dördüncü, 100 metr məsafəyə batterflay növündə isə
beşinci pillədə qərar tutub.Qeyd
edək ki, daha öncə klubun cüdoçularından Ramil Qasımov (73 kq) qızıl, Bayram
Mustafayev (66 kq) gümüş və Rövşən Səfərov (81 kq) bürünc, atletika yarışlarında isə
Kamil Əliyev gümüş medallara sahib olmuşdu.Sevindirici
haldır ki, paralimpiya yığmamızın indiyədək əldə etdiyi səkkiz medaldanbeşi “Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur.