Braziliyada
gənclər arasında keçirilən güləş üzrə dünya birinciliyi davam edir. Yarışların ikinci
günü də Azərbaycan güləşçiləri üçün uğurlu olub. Üç çəki dərəcəsində mübarizə
aparan idmançılarımız bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.Sevindirici
haldır ki, hər üç güləşçi “Neftçi İdman Klubu”nun üzvüdür.Yunan-Roma
güləşi üzrə 55 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov finalda
Bolqarıstan təmsilçisi Yoto Xristova 6:0 hesabı ilə qalib gələrək dünya
çempionu olub.84
kq çəki dərəcəsində yarışan İslam Abbasov finalda Türkiyə nümayəndəsi Cengiz
Əliyə 6:10 hesabı ilə uduzaraq dünya birinciliyinin gümüş medalını qazanıb.”Neftçi
İdman Klubu”nun digər üzvü Ruhin Mikayılov isə bürünc medal uğrunda görüşdə
Türkiyə güləşçisi Cengiriz Arslanı 2:1 hesabı ilə məğlub edib.Artıq
Azərbaycan güləşçilərinin aktivində 4 medal var.Xatırladaq
ki, yarışların ilk günü güləşçimiz Kərim Cəfərov da gümüş medal qazanmışdı.Qeyd
edək ki, dünya birinciliyinin yunan-Roma güləşi yarışlarında medal qazanan
bütün idmançılar “Neftçi İdman Klubu”nu təmsil edir.