“Neftçi
İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin
XXIV Spartakiadası davam edir. Artıq yarışların dördüncü günü arxada qaldı. Xəbər
verdiyimiz kimi, 14 idman növü üzrə keçirilən spartakiadada atletika və
üzgüçülük yarışları başa çatmışdı.Bu
gün isə şahmat, dama, eləcə də qadınlar arasında keçirilən voleybol və stritbol
yarışlarına yekun vurulub. Şahmat yarışında “Azəriqaz” İstehsalat Birliyinin
komandası qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsinin
kollektivi isə 3-cü yeri tutub. Dama idman növündə Heydər Əliyev adına Neft
Emalı Zavodunun komandası liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi və “Neftqaztikinti”
Trestinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər.Qadınların
stritbol yarışında da Heydər Əliyev adına NEZ-in komandası birinci olub.
Finalda bu komandaya məğlub olan Neft Kəmərləri İdarəsi 2-ci pillədə qərarlaşıb.
“Azərkimya” İB isə 3-cü yerlə kifayətlənməli olub. Zərif cinsin nümayəndələri
arasında təşkil olunan voleybol yarışlarında Heydər Əliyev adına Neft Emalı
Zavodunun komandası yenidən liderliyə yüksəlib. “Azərkimya”
yarışı 2-ci, Neft Kəmərləri İdarəsinin komandası isə 3-cü yerdə başa vurub.Qeyd
edək ki, mini-futbol, stritbol və voleybol yarışları davam edir. Sabah isə
daşqaldırma, darts, kəndirdartma, stolüstü tennis, nərd, qolgücü və güllə
atıcılığı idman növləri üzrə yarışlara start veriləcək.