Xəbərlər

Pandemiya dönəmində klubumuzun ilk turizm yarışı: «Atam, anam və mən»

«Neftçi İdman Klubu» ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində yaxından iştirak edən və bu istiqamətdə öz töhfəsini verən öncül qurumlardan biridir. Klub peşəkar idmanla yanaşı, mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında da idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Təbii ki, bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi və neftçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunur.

Pandemiya ilə əlaqədar olaraq, belə yarışların keçirilməsində bir qədər fasilə yaranmışdı. Klubumuz bugünlərdə koronavirus pandemiyası dönəmində neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında ilk idman-turizm yarışını, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» turnirini keçirdi. İyulun 2-dən 4-dək davam edən yarış Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında baş tutdu.

Yarışın keçirilməsində əsas məqsəd «Atam, anam və mən» idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və tətbiq etmək idi.

Öncə turnirin baş hakimi Natalya Əliyeva iştirakçılara yarış haqda məlumat verdi. Qaydaya görə, ailə komandası start nöqtəsindən çıxaraq, uzun məsafədə quraşdırılmış bir çox maneəni tələb olunan formalarda keçməli və finiş nöqtəsinə qaçmalı idilər. Onlar bu marşrutda "snayper”, "xizək”, boru, "qırxayaq”, quyruq, xalçabol, içindəki suyu dağıtmadan dolu fincanın maneədən adladılması, "siçantutan”, "lazer şüaları”, açar-kilid, ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanma, futboqolf, halqalardan keçmək, "ekskavator”, darts, çubuqla yallı, labirint və kubun yığılması kimi maneələri dəf etməli idilər. Yarışı ən tez və səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.

Ailə komandaları arasında oğlanların yarışında İbrahimovlar ailəsi ("Qaz İxrac” İdarəsi) qalib adını qazandı. Sadiqlər ailəsi (Heydər Əliyev adına NEZ) 2-ci, Zeynalovlar ailəsi («Azərkimya» İstehsalat Birliyi) isə 3-cü yerə çıxdı. Qızlar arasında Rzayevlər ailəsi (Heydər Əliyev adına Neft Emalı Zavodu) liderliyə yüksəldi. Kərimlilər ailəsi ("Qaz İxrac” İdarəsi) ikinci, Heydər Əliyev adına Neft Emalı Zavodunu təmsil edən Rzayevlər ailəsi isə üçüncü yeri tutdu.

Turnirin növbəti günü uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı keçirildi. Müxtəlif maraqlı oyunların birinin digərini əvəz etməsi uşaqların hədsiz sevincinə səbəb olurdu. Bundan əlavə, uşaqlar arasında şeir demək, rəqs etmək və mahnı oxumaq, eləcə də ölkəmizin tarixi, coğrafiyası, Azərbaycanın tarixi şəxsiyyətləri və məntiqlə bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi.

Yarışın sonunda düzənlənən mükafatlandırma mərasimində «Neftçi İdman Klubu»nun Kütləvi bədən tərbiyəsi şöbəsinin rəisi Akif Məmmədov çıxış edərək uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun və bütün kollektivin adından təbrik etdi. O, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açaraq onlara gələcəkdə daha xoşbəxt həyat arzuladı. Qurum rəsmisi yarışda göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı, müvəffəqiyyətlər dilədi və qalibləri təbrik etdi.

Sonra tədbirdə yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Ardınca uşaqlar arasında keçirilən yarışlarda və müsabiqələrdə qalib gəlmiş on nəfər (Adil Zeynalzadə, Hüseyn Zeynalzadə, Vüqar Quliyev, Gülzar Quliyeva, İnci İbrahimova, Sərdar İbrahimov, Səma Rzayeva, Aişə Rzayeva, Cəfər Sadiq, Fatimə Sadiq) mükafatlandırıldı. Bundan əlavə, «Neftçi İdman Klubu» öz ənənəsinə sadiq qalaraq, «ən kiçik turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq Toğrul Zöhrabbəyli ("28 May” Neftqazçıxarma İdarəsi), Aidə Quliyeva ("Azərkimya” İstehsalat Birliyi) və Almaz Ağayeva ("Qaz İxrac” İdarəsi) layiq görüldülər.

Daha sonra isə yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.

Pandemiya dönəmində klubumuzun ilk turizm yarışı:  «Atam, anam və mən»Pandemiya dönəmində klubumuzun ilk turizm yarışı:  «Atam, anam və mən»Pandemiya dönəmində klubumuzun ilk turizm yarışı:  «Atam, anam və mən»