Xəbərlər


Xasay Həsənli Avropa birinciliyində medal əldə edib

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan yunan-Roma güləşçisi Xasay Həsənli nüfuzlu yarışın mükafatçıları arasında yer alıb. Yetmiş iki kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan gənc pəhləvanımız qitə birinciliyinin bürünc medalına yiyələnib.