Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci yarısında 59 medal qazanıblar

"Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Pandemiyanın bütün dünyada tüğyan etməsinə və bu səbəbdən tətbiq olunan sərt qadağaların hədsiz çətinliklər yaratmasına baxmayaraq, atletlərimiz ilin birinci yarısında əldə etdikləri medalların sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. İdmançılarımız ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 26-sı qızıl, 12-si gümüş və 21-i bürünc olmaqla, ümumilikdə 59 medala sahib olublar. Təmsilçilərimiz dünya yarışlarında 4 qızıl medala yiyələniblər. Klubumuzun yetirmələri Avropa yarışlarında 14 (3 qızıl, 4 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 35 medal (15 qızıl, 7gümüş, 13 bürünc) qazanıblar. Respublika səviyyəli yarışlarda 3 qızıl medal əldə edən atletlərimiz digər yarışlarda da 3 dəfə (1 qızıl, 1 gümüş, 1 bürünc) fəxri kürsüyə qalxıblar.