Xəbərlər


Paralimpiyaçımız Kamran Zeynalov Serbiyada qızıl medala sahib olub

"Neftçi İdman Klubu”nun təmsilçisi Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində paralimpiyaçılar arasında keçirilən güllə atıcılığı üzrə Qran-pri turnirində böyük uğura imza atıb. Belə ki, idmançımız pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qızıl medala yiyələnib. Kiçikçaplı tapançadan 50 metr məsafəyə atəşaçmada isə təmsilçimiz üçüncü yeri tutub.

Qeyd edək ki, Kamran Zeynalov "Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziyanı artıq təmin edib.