Xəbərlər


Gənc cüdoçumuz Avropa kuboku yarışını medalla başa vurub

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.

İyirmi dörd ölkədən 306 idmançının qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə "Neftçi İdman Klubu”nun təmsilçisi Nəriman Mirzəyev (66 kq) uğurla çıxış edərək mükafata layiq görülüb. Azərbaycan millisinin heyətində yer alan cüdoçumuz Avropa kuboku yarışının bürünc medalını qazanıb.