Xəbərlər

“Neftçi İdman Klubu”nun növbəti seminarı sona yetib

"Neftçi İdman Klubu” Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol məşqçiləri üçün növbəti seminarını keçirib. Bir neçə gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.

Qurumun Kütləvi bədən tərbiyəsi şöbəsinin rəisi Akif Məmmədov seminar iştirakçılarını "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamladı və onlara uğurlar dilədi. O, tədbir iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı futbolçuların seçimi və ələnməsi metodologiyasından söhbət açaraq, uşaqlar arasından istedadların üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən yararlanmağın vacib olduğunu söylədi.

Sonra seminar iştirakçılarına oyun qaydaları haqda ətraflı məlumat verildi və məşqçilərin müxtəlif sualları cavablandırıldı.

Seminarda müxtəlif mövzular müzakirə obyektinə çevrilmişdi. Futbol məşqçilərinin nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların cavablandırılmasında göstərdikləri fəallıq diqqəti cəlb edir, seminarın daha da maraqlı keçməsinə zəmin yaradırdı.

Seminarın növbəti mərhələsində "Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov müxtəlif sistemlər haqda geniş nitq söylədi. O, post-pandemiya dövründə həftəlik qaçış məşqləri, güc və dözümlülük məşqlərinin planlaşdırılması, həftəlik sprint məşqlərinin planlaşdırılması, oyun prinsipləri (hücum, müdafiə, keçid), 2x2-yə hücum və müdafiə prinsipləri, kiçik sahədə keçid məşqləri, cinahlardan oyunun qurulması və cinah ötürmələri, çevrə kontrolu, sub prinsiplər, sub-sub prinsiplər, post-pandemiya dövründə futbolçuların 6 həftəlik hazırlıq təlim-məşq planı, aerob-anaerob məşqlərin stimullaşması üçün 3 müxtəlif faza (kondisiya; dözümlülük; aktivlik, sürət, güc dözümlülüyü, stabilləşmə, koordinasiya hərəkətləri, bərpa – zədələrin qarşısını almaq) və digər mövzular haqda ətraflı məlumat verdi.

Seminarda oyun qaydaları və digər mövzularda həm nəzəri, həm də praktik məşqlər keçirildi.

“Neftçi İdman Klubu”nun növbəti seminarı sona yetib“Neftçi İdman Klubu”nun növbəti seminarı sona yetib“Neftçi İdman Klubu”nun növbəti seminarı sona yetib