Xəbərlər


Klubumuz çimərlik voleybolu üzrə turnir keçirdi

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri arasında çimərlik voleybolu üzrə turnir keçirilib. Kişilər arasında keçirilən yarış Hövsan qəsəbəsindəki "Algo Beach” çimərliyində baş tutub. Turnirdə "Azərkimya” İstehsalat Birliyi, "SOCAR – FOSTER WHEELLER Mühəndis Xidmətləri” MMC, "Neftqaztikinti” Tresti , "Qaz İxrac” İdarəsi və "Bos Şelf” MMC-nin komandaları mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən yarışda "SOCAR – FOSTER WHEELLER Mühəndis Xidmətləri” MMC-nin komandası turnirin qalibi adını qazanıb. "Qaz İxrac” İdarəsi 2-ci, "Bos Şelf” komandası isə 3-cü yeri tutub.

Qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

Klubumuz çimərlik voleybolu üzrə turnir keçirdiKlubumuz çimərlik voleybolu üzrə turnir keçirdiKlubumuz çimərlik voleybolu üzrə turnir keçirdi
Klubumuz çimərlik voleybolu üzrə turnir keçirdi
Klubumuz çimərlik voleybolu üzrə turnir keçirdi
Klubumuz çimərlik voleybolu üzrə turnir keçirdi