Xəbərlər


Güləşçimiz Turan Bayramov Avropa çempionu olub

"Neftçi İdman Klubu”nun yetirməsi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinin qalibi olub. Yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz ilk görüşdə Almaniya idmançısı Simon Monz üzərində qələbə qazanıb. O, dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn pəhləvanımız yarımfinala yüksəlib. Gürcüstan idmançısı Davit Patsinaşvilini də məğlub edən Turan Bayramov finala vəsiqəni təmin edib. Bu gün keçirilən həlledici görüşdə moldovalı rəqibi Stanislav Novak üzərində inamlı qələbə qazanan idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.

Güləşçimiz Turan Bayramov Avropa çempionu olubGüləşçimiz Turan Bayramov Avropa çempionu olubGüləşçimiz Turan Bayramov Avropa çempionu olub