Xəbərlər


Gənc güləşçimiz Əbülfəz Nəsirov Dağıstandan medalla dönür

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirəsinə həsr olunmuş turnir başa çatıb.

"Neftçi İdman Klubu”nun yetirməsi Əbülfəz Nəsirov ənənəvi yarışın mükafatına layiq görülüb. Altmış bir kiloqram çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz üç gün davam edən turnirin bürünc medalına sahib olub.