Xəbərlər


Paracüdoçularımız İngiltərədə 2 medala sahib olublar

 

Böyük Britaniyanın Uorik şəhərində paralimpiyaçılar arasında keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri mötəbər yarışın iki medalına sahib olublar. Paracüdoçularımızdan 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Abdullaxanlı bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Bəsti Səfərova (52 kq) isə gümüş medala layiq görülüb.