Xəbərlər


Teymur Rəcəbov “Grand Chess Tour” yarışında Levon Aronyanı məğlub edib

Bu gün Parisdə nüfuzlu "Grand Chess Tour” yarışının ikinci mərhələsinə - blits turnirinə yekun vurulub.

Yarışın sonuncu günündə "Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov prinsipial rəqibi, Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. O, ikinci mərhələnin blits turnirində yekun nəticəyə görə 9-cu olub. Turnirin qalibi isə ABŞ şahmatçısı Uesli So olub.