Xəbərlər


Paraatletimiz Avropa üçüncüsü olub

Mayın 31-də Polşanın Bıdqoş şəhərində start götürmüş paralimpiyaçılar arasında atletika üzrə açıq Avropa çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış təmsilçisi,T11 kateqoriyasında mübarizə aparan Toğrul Hümbətov uzunluğa tullanma yarışlarında 5.67 metr nəticə göstərərək bürünc medala sahib olub.

Yarış "Tokio 2020" Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.