Xəbərlər


Parataekvondoçularımız “Tokio-2020”yə lisenziya qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada parataekvondo üzrə Avropa təsnifat turniri keçirilib.

"Neftçi İdman Klubu”nun yarışda mübarizə aparan təmsilçiləri Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (58 kq) və Əbülfəz Abuzərli (75 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar. Turnirdə uğurla çıxış edən parataekvondoçularımız bu nəticə ilə "Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştiraklarını da təmin ediblər.

Qeyd edək ki, parataekvondo idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.