Xəbərlər


"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXVI turun oyunları keçirilib.  Bu tur çərçivəsində "Qaradağ Lökbatan”   MOİK komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının   stadionunda təşkil olunan qarşılaşmada komandamız rəqibini  3:1 hesabı  ilə məğlubiyyətə uğradıb. "Qaradağ Lökbatan"ın heyətində Samir Ağayev (11), Cavid Nəcizadə (14) və Sabir Allahquliyev (72) fərqləniblər. Rəqib komandanın vurduğu yeganə təsəlli qoluna isə Elvin Nəsibov(74) imza atıb.
Beləliklə, MOİK-dən daha yaxşı oyun sərgiləyən futbolçularımız növbəti 3 xalı vurduqları 3 qolla qazanıblar.