Xəbərlər


"Qaradağ Lökbatan" "Sabah-2" komandasını məğlub etdi

Birinci Divizionda XXIV turun oyunlarına yekun vurulub. Bu turda "Qaradağ Lökbatan”  "Sabah-2" komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının   stadionunda  baş tutan və futbolçularımızın aşkar üstünlüyü şəraitində keçən görüş komandamızın 4:2 hesablı qələbəsi ilə sona yetib. "Qaradağ Lökbatan"ın heyətində Fərid Məmmədov (6), Orxan Əliyev (58), Elnur Cəfərov (64), Sabir Allahquliyev (68), rəqibin futbolçularından isə Ceyhun Nuriyev (76) və Fərid Kərimzadə (90+5) adlarını tabloya yazdırıblar.
Beləliklə, Nazim Əliyevin yetirmələri nümayiş etdirdikləri gözəl oyun sayəsində komandalarına növbəti 3 xalı qazandırıblar.