Xəbərlər


Güləşçimiz Avropa çempionatında bürünc medala layiq görülüb

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
"Neftçi İdman Klubu"nun yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) mötəbər yarışın bürünc medalını qazanıb. Pəhləvanımız səkkizdəbir finalda finlandiyalı rəqibinə qalib gəlsə də, dörddəbir finalda Türkiyə güləşçisi ilə mübarizədən  məğlub ayrılıb.  Rəqib finaladək irəlilədiyi üçün idmançımız təsəlliverici görüşə çıxıb. Ermənistan güləşçisi Varujan Qriqoryanı 11:0 hesabı ilə məğlubiyyətə uğradan təmsilçimiz üçüncü yer uğrunda mübarizə aparmaq hüququ əldə edib. Bu qarşılaşmada Ukrayna idmançısı üzərində inamlı qələbə qazanan Sənan Süleymanov qitə çempionatının bürünc medalına sahib olub.