Xəbərlər


"Qaradağ Lökbatan" növbəti 3 xalını qazandı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XXI turun oyunları keçirilir. Bu tur çərçivəsində "Qaradağ Lökbatan”  Gəncənin "Kəpəz" komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının   stadionunda  keçirilən qarşılaşma komandamızın qələbəsi ilə başa çatıb. On birinci dəqiqədə Cavid Nəcizadə "Qaradağ Lökbatan"ı önə çıxarıb - 1:0. İlk hissə elə bu hesabla da sonuclanıb. Fasilədən sonra da tərəflərin qarşılıqlı hücumları davam edib. Matçın 84-cü dəqiqəsində "Kəpəz"in heyətində Samir Qurbanov hesabı bərabərləşdirən qola imza atıb. Rəqibin qol sevinci heç də uzun sürməyib. Belə ki, cəmi üç dəqiqə sonra Nazim Əliyevin yetirmələri  növbəti dəfə gəncəliləri  məyus ediblər. Sabir Allahquliyev adını tabloya yazdırıb. 
Beləliklə, "Qaradağ Lökbatan" komandası "Kəpəz"i 2:1 hesabı ilə məğlub edərək növbəti 3 xalını qazanıb.